İtaliya Futbol Federasiyasının prezidenti də gedir


İdman 19 Noy 2017 17:52:00 310 0

İtaliya Futbol Federasiyasının prezidenti də gedir

İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio postunu tərk edəcək. Goal.az "La Respubblica" nəşrinə istinadən xəbər verir ki, 74 yaşlı funksionerin istefasından sonra yeni prezident seçkiləri 2018-ci ildə keçiriləcək.

İtaliya millisi 60 ildən sonra dünya çempionatından kənarda qalıb. Bundan sonra 2014-cü ildən federasiya prezidenti kimi çalışan Tavekkio daxil olmaqla ölkə futboluna məsul şəxslər tənqid atəşinə tutulmağa başlandı.