“OKA“ işıq dirəyinə çırpıldı:


Digərləri 19 Noy 2017 17:43:00 380 0

“OKA“ işıq dirəyinə çırpıldı:

Bu gün Siyəzən rayonu ərazisində "OKA" markalı minik avtomobili işıq dirəyinə çırpılıb.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri sıxılmış vəziyyətdə qalmış sürücü 1958-ci il təvəllüdlü İlyasov Hamlet Abusəlim oğlunun cəsədini və müxtəlif bədən xəsarətləri almış sərnişini minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.