Ev dustaqlığında olan Zimbabve prezidenti aclıq elan edib


Dünya 19 Noy 2017 17:33:23 334 0

Ev dustaqlığında olan Zimbabve prezidenti aclıq elan edib

Muqabe şənbə günündən qida qəbulundan imtina edir

Ev dustaqlığında olan Zimbabve prezidenti Robert Muqabe aclıq elan edib.

"Report" "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, prezident ailəsinin üzvlərindən birinin sözlərinə görə, Muqabe artıq şənbə günündən etibarən yemək qəbulundan imtina edib və "haqq-ədalət uğrunda ölməyə" hazır olduğunu bildirir.

Bundan əvvəl ölkə prezidenti hakim partiyanın rəhbəri postundan kənarlaşdırılıb.