Zimbabve prezidenti aclıq aksiyasına başladı


Dünya 19 Noy 2017 17:35:00 318 0

Zimbabve prezidenti  aclıq aksiyasına başladı

Zimbabvenin 93 yaşlı prezidenti Robert Muqabe ev həbsində saxlanmasına etiraz olaraq aclıq aksiyası elan edib.

APA-nın məlumatına görə, bu barədə bu gün "Daily Mail" qəzeti Zimbabve prezidentinin aiə üzvlərindən birinə istinadən məlumat yayıb.

Qida qəbulundan imtina edən R. Muqabe "həqiqət uğrunda ölüm"ə hazır olduğunu bəyan edib. Zimbabvenin hakim Afrika Milli İttifaqı - Vətənpərvər Cəbhə Partiyasının üzvlərindən biri isə R. Muqabenin tək aclıq elan etmədiyini, danışmaqdan da imtina etdiyini bildirib.