Siyəzəndə "Mercedes" işıq dirəyinə çırpılıb, ölən və yaralanan var


Digərləri 19 Noy 2017 17:37:00 241 0

Siyəzəndə "Mercedes" işıq dirəyinə çırpılıb, ölən və yaralanan var

Siyəzəndə yol qəzası baş verib

Bakı. Siyəzəndə yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonu ərazisində "Mercedes" markalı minik avtomobili işıq dirəyinə çırpılıb. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri sıxılmış vəziyyətdə qalmış sürücü 1958-ci il təvəllüdlü İlyasov Hamlet Abusəlim oğlunun cəsədini və müxtəlif bədən xəsarətləri almış sərnişini minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin