Ranyeri: "İtaliya futbolu tənəzzülə gedir və dəyişikliklərə ehtiyac var"


İdman 19 Noy 2017 16:54:00 284 0

Ranyeri: "İtaliya futbolu tənəzzülə gedir və dəyişikliklərə ehtiyac var"

"Nantes" klubunun bş məşqçisi Klaudio Ranyeri İtaliya millisində çalışmaq ehtimalına münasibət bildirib. Goal.az xəbər verir ki, təcrübəli mütəxəsis buna qarşı olmadığını biruzə verib. O, ölkə futbolunda ciddi islahatların həyata keçirilməli olduğunu da vurğulayıb.

"Bu imkan barədə düşünərdim. Amma məsələ tək məndən asılı deyil. Klubla müqaviləm var. Söz-söhbətlər doğru çıxsa, "Nantes" prezidenti ilə danışmaq lazım gələcək. İndi federasiya sonrakı fəaliyyətini diqqətlə düşünməlidir. Mənim fikrimcə, İtaliya millisində məşqçi problemi ikinci dərəcəlidir. Ölkə futbolu tənəzzülə gedir və dəyişikliklərə ehtiyac var. Maraqlı gənc futbolçular var ki, milli komandanı ayağa qaldıra bilər".