Biləsuvarda inək sərnişin mikroavtobusunun qəzaya uğramasına səbəb olub


Sosial 19 Noy 2017 16:38:22 283 0

Biləsuvarda inək sərnişin mikroavtobusunun qəzaya uğramasına səbəb olub

Nəticədə heyvan tələf olub

Biləsuvarın Amankənd kəndi ərazisində yol qəzası baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, qəza sərnişin daşıyan "Qazel" markalı marşrut mikroavtobusun qəfil yola çıxan iribuynuzlu heyvanı vurması nəticəsində qeydə alınıb.

Nəticədə xəsarət alan olmasa da, heyvan tələf olub və mikroavtobusa xeyli ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.