Nüşabə Ələsgərli əməliyyata hazılaşır


Şou-biznes 19 Noy 2017 16:36:17 374 0

Nüşabə Ələsgərli əməliyyata hazılaşır

Əməkdar artist Nüşabə Ələsgərli son günlər xeyli çəki atması ilə gündəmə gəlib. Axşam.az-ın məlumatına görə, müğənni "Lider maqazinə" açıqlamasında pəhrizini bölüşüb: "Yeməklə bağlı heç bir şeyi rasionumdan çıxarmamışam. Maye ilə yeməyi qarışdırmıram. Əgər su istəyirəmsə, yeməkdən yarım saat əvvəl içirəm. Ürəyim istəyəni yeyirəm. Yeməkdən sonra 2 saat ərzində maye qəbul etmirəm. Qazlı sulardan uzağam. Bir də səhərlər acqarnına qaynar suya iki xörək qaşığı doşab töküb ilıq halda içirəm". N.Ələsgərli gözətrafında əməliyyat etdirmək istədiyini deyib: "Mənim hər zaman gözümün ətrafında problem olub. Bir neçə dəfə əməliyyat etdirmişəm. İndi yenə lazımdır".