Abxaziya dəmir yolunun açılmasına dair danışıqlar: “Azərbaycanın şərti var ki, silah daşınmasın...” FOTO


Siyasət 19 Noy 2017 14:58:00 308 0

Abxaziya dəmir yolunun açılmasına dair danışıqlar: “Azərbaycanın şərti var ki, silah daşınmasın...”  FOTO

Virtualaz.org "Nezavisimaya qazeta"ya istinadən bildirir ki, danışıqlarda Rusiya tərəfini xarici işlər nazirinin müavini Qriqori Karasin, gürcü tərəfini baş nazirin xüsusi nümayəndəsi Zurab Abaşidze təmsil edib. Danışıqlarda İsveçrənin SGS şirkətinin Rusiya, Gürcüstan və qondarma Cənubi Osetiya ilə Abxaziya "respublikaları" arasında gömrük nizamlanmasında iştirakı əsas müzakirə mövzusu  olub.

Ötən həftənin cümə axşamı Praqada ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına dair Rusiya-Gürcüstan danışıqlarının növbəti raundu keçirilib.

Həmin danışıqlar ərəfəsində qondarma Cənubi Osetiya "respublikasının" rəbəri Anatoli Bibilov Moskvaya səfər edib, Putin ona "müstəqilliyin möhkəmləndirilməsi üçün" bütün lazım dəstəyi verəcəyini bildirib. Bu da rəsmi Tiflisin etirazına səbəb olub. Abaşidze Praqaya uçarkən deyib ki, Bibilovun səfərinə görə Karasinə etiraz bildirəcək.

Neytral ölkə kimi İsveçrənin SGS şirkətinin qondarma respublikalardan keçməklə Rusiya ilə Gürcüstan arasında nəqliyyat əlaqələrinin nizamlanmasında iştirakı isə hələ 2011-ci ildə Dünya Ticarət Təşkilatının tövsiyəsi ilə əldə edilmiş razılaşmaya əsaslanırdı. Lakin həmin vaxtdan bəri tərəflər razılaşmanın detalları üzərində razılıq əldə edə bilməyiblər. SGS şirkətinin nümayəndələri gömrük monitorinqi üçün regionda dörd post yaratmalıdır: Rusiya-Abxaziya və Rusiya-Cənubi Osetiya sərhədlərində, habelə Gürüstan-Abxaziya və Gürcüstan-Cənubi Osetiya inzibati sərhədlərində. 

İqtisadi məsələlər üzrə ekspert Giya Xuxaşvili deyir ki, SGS şirkəti indiyə qədər regionda siyasi anlaşılmazlıqlara görə işə başlamayıblar. Çünki bu şirkətin işə başlaması Abxaziya və Cənubi Osetiyadan yükdaşımaların bərpası deməkdir. Tiflis isə ictimai reaksiyadan ehtiyat edir.

Məsələ burasındadır ki, Abxaziya və Cənubi Osetiyadan keçən kommunikasiyaların açılmasında ən çox maraqlı olan tərəf Ermənistandır. Çünki Gürcüstanın özünün bütün istiqamətlərdə həm dəmir, həm quru yolları ilə çıxışı var. Ermənistanın isə dünyaya çıxışı az əhəmiyyət kəsb edən İran marşrutunu saymasaq ancaq Gürcüstan üzərindəndir. Bu, Ermənistan üçün "həyat yoludur".

"Gürcüstan Ermənistan qarşısında tranzit öhdəliklərini dəqiq yerinə yetirir, heç bir problem yaratmır. Lakin yüklərin dəniz yolu ilə daşınması baha başa gəlir. Ermənistan istəyir ki, Abxaziyadan keçən dəmir yolu açılsın. Gürcüstanın isə Azərbaycan qarşısında öz öhdəlikləri var. Ona görə də əgər Abxaziyadan keçən dəmir yolu açılarsa müəyyən etmək lazımdır ki, bu yolla hərbi yüklər daşınacaqmı? Gürcüstan birmənalı şəkildə qeyd etməlidir ki, bu dəhlizlə hərbi təyinatlı yüklər daşınmayacaq"-Xuxaşvili deyib.

Qeyd edək ki, Abxaziya dəmir yolunun açılması üçün Rusiya vaxtaşırı olaraq Gürcüstana təzyiqlər edir. Azərbaycan üçün isə bu dəhlizin açılması qəbuledilməzdir, Bakının siyasəti Ermənistanı nəqliyyat blokadası vəziyyətində saxlamaqdır. Bu məsələdə Gürcüstanın "Gürcü arzusu" koalisiyası Azərbaycanın maraqlarını nəzərə almaya bilməz.

"Bayern Munich" 3000-i keçdi, Haynkes rekorda yaxınlaşır like
  • 19 Noy 14:51  
İdman "Bayern Munich" 3000-i keçdi, Haynkes rekorda yaxınlaşır

Bundesliqanın son illərdə dəyişməz çempionu "Bayern Munich" 12-ci t

arrow Ətraflı
Azərbaycanlı qadın hərbçi partlayış zamanı şəhid oldu  FOTO like
  • 19 Noy 14:46  
Dünya Azərbaycanlı qadın hərbçi partlayış zamanı şəhid oldu FOTO

Ötən gün Donetskdə güclü partlayış baş verib. 

arrow Ətraflı
Türkiyə sahillərində 4,2 bal gücündə zəlzələ olub like
  • 19 Noy 14:41  
Digərləri Türkiyə sahillərində 4,2 bal gücündə zəlzələ olub

Egey dənizində, Türkiyə sahillərində 4,2 bal gücündə zəlzələ baş ve

arrow Ətraflı
Hakan Şükürün ABŞdakı bahalı həyatı: like
  • 19 Noy 14:34  
Dünya Hakan Şükürün ABŞdakı bahalı həyatı:

FETO" terror təşkilatının üzvü olduğu deyilən sabiq türk futbolçusunun

arrow Ətraflı
Mourinyonun müqaviləsində rekord buraxılış qiyməti like
  • 19 Noy 14:33  
İdman Mourinyonun müqaviləsində rekord buraxılış qiyməti

"Machester United"in baş məşqçisi Joze Mourinyonun yayda PSG-nin sükanı ar

arrow Ətraflı
Hacıqabulda yol qəzası nəticəsində ölən və yaralanan var like
  • 19 Noy 14:31  
Sosial Hacıqabulda yol qəzası nəticəsində ölən və yaralanan var

Yaralının vəziyyətinin ağır olduğu bildirilir

arrow Ətraflı
Rusiya Xəzərdə geniş miqyaslı hərbi təlim keçirir like
  • 19 Noy 14:25  
Dünya Rusiya Xəzərdə geniş miqyaslı hərbi təlim keçirir

Rusiya Xəzərdə geniş miqyaslı hərbi təlim keçirir.

arrow Ətraflı
Ermənistan ordusunda telefon üstündə dava düşüb, iki hərbçi xəsarət alıb like
  • 19 Noy 14:15  
Siyasət Ermənistan ordusunda telefon üstündə dava düşüb, iki hərbçi xəsarət alıb

Hadisə işğal altında olan Ağdərədəki hərbi hissədə baş verib

arrow Ətraflı
Azərbaycan təmsilçisi qızıl medal qazandı like
  • 19 Noy 14:14  
İdman Azərbaycan təmsilçisi qızıl medal qazandı

Bolqarıstanın paytaxtı Sofiya şəhərində batut gimnastikası və tamblinq

arrow Ətraflı
Robota mayallaq aşmağı da öyrətdilər (VİDEO) like
  • 19 Noy 14:04  
Digərləri Robota mayallaq aşmağı da öyrətdilər (VİDEO)

ABŞ-ın "Boston Dynamics" şirkəti istehsal etdiyi insanabənzər robota bir q

arrow Ətraflı
Məhsullarımızın Rusiyaya ixracı ilə bağlı yeni razılıq əldə edildi  FOTO like
  • 19 Noy 13:57  
Digərləri Məhsullarımızın Rusiyaya ixracı ilə bağlı yeni razılıq əldə edildi FOTO

Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsu

arrow Ətraflı
"Arsenal"ın sahbinə Balçika klubunu almaq təklif olunub like
  • 19 Noy 13:52  
İdman "Arsenal"ın sahbinə Balçika klubunu almaq təklif olunub

"Arsenal"ın 30% səhmlərinə sahib olan rusiyalı milyarder Əlişer Usmanova

arrow Ətraflı
"Birbirimizi sevirik, amma..." like
  • 19 Noy 13:43  
Şou-biznes "Birbirimizi sevirik, amma..."

Türkiyənin məşhur aktrisası Begüm Birgörən Bakının qonağı olub.

arrow Ətraflı