"Bayern Munich" 3000-i keçdi, Haynkes rekorda yaxınlaşır


İdman 19 Noy 2017 14:51:00 325 0

"Bayern Munich" 3000-i keçdi, Haynkes rekorda yaxınlaşır

Bundesliqanın son illərdə dəyişməz çempionu "Bayern Munich" 12-ci turda "Augsburg"u 3:0 hesabı ilə məğlub edib. Goal.az xəbər verir ki, Münhen klubu 1965-ci ildən Bundesliqada toplanan xalların sayına görə 3000 həddini keçib (3001 xal). Bu nəticəyə çatmaq üçün "Bavariya" 1784 oyun keçirib. "Bayern"i "Borussia dortmund" (2314 xal) və "Werder" (2285 xal) izləyir. Münhen təmsilçisinin baş məşqçisi Yupp Haynkess klubun sükanı arxasında 500-cü xalını qazanıb. O, burda futbolçu kimi 174, məşqçi kimi 326 qələbə görüb. Otto Rehaqel (457) və Feliks Maqat (391) Haynkesdən geri qalır. Qeyd edək ki, Haynkesin komandası Bundesliqada ardıcıl 30 oyundur məğlubiyyət nə olduğunu bilmir. Təcrübəli mütəxəsisi yalnız Yurqen Klopp (31 oyun) və Ernst Happel (36 oyun) qabaqlayır.