Mourinyonun müqaviləsində rekord buraxılış qiyməti


İdman 19 Noy 2017 14:33:00 410 0

Mourinyonun müqaviləsində rekord buraxılış qiyməti

"Machester United"in baş məşqçisi Joze Mourinyonun yayda PSG-nin sükanı arxasına keçmək ehtimalı istisna edilmir. Onun agenti Jorje Mendeş Paris klubunun bossları ilə yaxşı münasibətə malikdir.

Goal.az xəbər verir ki, 2018-ci il iyunun 30-a kimi müqaviləsi olan Mourinyonun buraxılış qiyməti 20 milyon funtdur. Bu məbləğ məşqçilər arasında rekrod sayıla bilər. "Qırmızı şeytanlar" portuqal mütəxəsisin müqaviləsini avtomatik 1 il uzatmaq və ya yeni anlaşma təklif etmək hüququna da malikdir. Klub rəhbərliyi ona 13 milyon funt illik məvaciblə 5 illik müqavilə təklif etmək niyyətindədir.