Məhsullarımızın Rusiyaya ixracı ilə bağlı yeni razılıq əldə edildi FOTO


Digərləri 19 Noy 2017 13:57:00 227 0

Məhsullarımızın Rusiyaya ixracı ilə bağlı yeni razılıq əldə edildi  FOTO

Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, konservləşdirilmiş qida, dondurma istehsalı və digər sahələrdə fəaliyyət göstərən 18 şirkətin nümayəndəsinin təmsil olunduğu missiyamız 15-16 noyabr tarixlərində Sankt-Peterburqda təşkil olunmuş bir sıra tədbirlərə qatılıb, Rusiyalı iş adamları ilə məhsuldar danışıqlar aparıb.

İqtisadiyyat nazirliyinin mətbuat xidmətindən son.az-a verilən məlumata görə, AZPROMO və Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Sankt-Peterburq şəhərində keçirilən "Peterfood" Qida Sərgisində və sərgi çərçivəsində təşkil olunan XVII Peterburq Ərzaq Forumunda və Rusiyanın Şimal Qərb regionunun iri marketlər şəbəkələri və distributor şirkətlərinin iştirakı ilə keçirilən ikitərəfli görüşlərdə iştirak ediblər. "X5 Retail Group", "Aşan", "Maqnit", "Diksi" və "Metro" kimi iri marketlər şəbəkələrinin və yerli distributor şirkətlərin nümayəndələrinin iştirak etdiyi görüşlərdə Azərbaycan şirkətləri öz məhsullarını təqdim edib, yerli məhsullarımızın market və bazarlarda satışı imkanları və distributorluq məsələləri müzakirə olunub.


Xəbərə aid fotolar