"Arsenal"ın sahbinə Balçika klubunu almaq təklif olunub


İdman 19 Noy 2017 13:52:00 333 0

"Arsenal"ın sahbinə Balçika klubunu almaq təklif olunub

"Arsenal"ın 30% səhmlərinə sahib olan rusiyalı milyarder Əlişer Usmanova "Anderlecht" klubunda aksioner olmaq təklif olunub. Goal.az xəbər verir ki, Belçika təmsilçisi nəzarət paketini Usmanova satmaq üçün 80 milyon avro istəyib. İş adamı bu təklifi hələlik nəzərdən keçirir.

"Usmanov müntəzəm olaraq müxtəlif təkliflər alır. Bura "Anderlecht" klubunun satılması da daxildir. Amma qərar veriməyib. Usmanov "Arsenal"ın əsl azarkeşi və səhmdarı qalacaq" - onun mətbuat-xidmətindən məlumat verilib.