"Birbirimizi sevirik, amma..."


Şou-biznes 19 Noy 2017 13:43:00 360 0

"Birbirimizi sevirik, amma..."

Türkiyənin məşhur aktrisası Begüm Birgörən Bakının qonağı olub.

Son.az bildirir ki, musavat.com saytının suallarına cavab verən məşhur xanım paytaxtımızı çox bəyəndiyini deyib: "Bakıya aşiq oldum. Bu qədər gözəl şəhər olduğunu düşünmürdüm. Çox peşmanam ki, indiyə kimi niyə gəlməmişəm? Hara olduğunu demədən məni Bakıya gətirsəydilər, hansısa Avropa şəhəri olduğunu düşünərdim. Memari cəhətdən İstanbuldan gözəldir".

- Bakıda diqqətinizi daha çox nə çəkdi?

- Paytaxtınızı gəzmək imkanımız da oldu. İnsanlar çox istiqanlıdır. Azərbaycanda bu qədər məşhur olduğumu bilmirdim. "Ömrə bədəl", "Umuda kelepçe vurulmaz" serialları burada bəyənilərək izlənirmiş. İnsanlar küçədə mənə yaxınlaşıb, rollarım haqqında gözəl sözlər dedilər. Türkiyədəki qədər burada tanınırmışam. Xarici ölkədə tanınmaq xoşdur. Bundan əlavə burada küçədə rahat gəzirsən. Qısa ətək, dekolteli libas geyinən insanlara pis baxmırlar, söz atmırlar. Türkiyədə dekolteli libasla rahat küçədə gəzə bilməzsən. Bakı İstanbuldan daha moderndir.

- Yeməklərimizi necə bəyəndinizmi?

- 3 gündə yəqin ki, 3 kilo kökəlmişəm. Gün ərzində 4 dəfə yemək yeyirik. Yeməklərinizi bəyəndim. Düşbərə, lülə kabab yedim. Lülə kabab üçün ürəyim getdi. Paxlavanız bizimkindən fərqlidir, bizimkilərə baxanda daha yüngüldür, az kalorilidir. Damaq dadımız eynidir. Evdə gürcü köməkçim var, həyat yoldaşı azərbaycanlıdır. O bəzən mənə Azərbaycan yeməkləri hazırlayır, bəyənərək yeyirəm.  Özüm mətbəxdə məharətli deyiləm. 3-4 yemək var, onları hazırlaya bilirəm, qonağım olanda onları bişirirəm.

- Bu mövsüm sizi serial və filmlərdə görmədik. Yeni  layihələriniz olacaq?

- Bizdə işlər sezon-sezon olur. Ya sentyabrda, ya da yanvarda başlayır. Yeni layihə  ilə bağlı iclasımız olmalıdır. Ona görə Bakıdan tez qayıtmalı olacağam. Serial təklifidir. İki rol var, onlardan birini oynayacağam.

- Arzusunda olduğunuz rol varmı?

- Elə rol yoxdur. Mənfi obrazı canlandırmaq istəyirdim, onu da oynamışam. Hər zaman fərqli obrazlar canlandırdım, gözəl aktyorlarla, mükəmməl layihələrdə yer aldım. Ona görə də özümü şanslı aktrisa hesab edirəm. 6 ay Amerikada yaşadım. Artıq Türkiyəyə qayıtmışam. Davamlı başqa ölkədə yaşaya bilmirəm. Çünki işimi ən yaxşı Türkiyədə görə bilirəm.  Amma Azərbaycanda yaşaya bilərəm. Öz dilimdə danışıram, deyilənləri anlayıram, münasibət qura bilirəm. Bu çox gözəl şeydir. Kaş, bir layihə olsa, bir müddət Bakıda yaşasam.

- Azərbaycan tamaşaçısı sizi "Ömre bedel" serialından tanıyırlar. Orada həyat yoldaşı öldürülməsin deyə düşməninizin təcavüzünə susdunuz, sonra övladınızı qorumaq üçün çeşidli yollardan keçdiniz. Həyatda başınıza belə bir olay gəlsəydi, necə davranardınız?


Xəbərə aid fotolar