Telefonunuz ləng işləyirsə, bunları edin FOTO


Digərləri 19 Noy 2017 13:35:00 285 0

Telefonunuz ləng işləyirsə, bunları edin  FOTO

Ayfonunuzun son zamanlar xeyli yavaşıdığını düşünürsünüzsə, atacağınız bir neçə sadə addım var. Telefonunuzu 2-3 gündən bir bağlayıb açmaq da lazımdır. Görün nə işə yarayır?

Son.az publika.az-a istinadən etməniz gərəkən 12 vacib hərəkəti təqdim edir:

Köhnə fotolardan xilas olun - Yüzlərlə foto telefonunuzda saxlamaq əvəzinə bu fotoları iphoto ilə arxivləyin və ya icloud ilə internetə qeyd edin. Beləliklə lazımsız fotolardan xilas olarsınız.

Lazımsız tətbiqetmələri qaldırın - Bir zamanlar önəm verdiyiniz, ancaq daha sonra lazımsız olan tətbiqetmələri tək-tək qaldırın və beləliklə ayfonunuzun hafizəsində bir az çox yer açma şansı qazanın.

Köhnə mesajları silin - Mesajlarınızın sayı artdıqca telefonunuz da eyni dərəcədə yavaşlayacaq. Bu üzdən artıq ehtiyacınız olmayan mesajlardan xilas olun.

Ayfon veb skaneri Safarinin yaddaşını silərək də telefonu sürətləndirmək mümkündür. Zamanla dolub-daşan skaner yaddaşını təmizləmək üçün Ayarlar-Safari-Keçmişi Sil yolunu izləməyiniz yetərlidir.

Avtomatik yenilənmələri bağlayın. Daim arxa plandakı tətbiqləri yeniləməyə çalışan bu xüsusiyyət də telefonu ləngidir. Ayarlar-İtunes - Tətbiq mağazası - Avtomatik Yeniləmələr hissəsindəki butonu passiv edin.