Qvardiola: "Jezuş Eto`onun "Barcelona"dakı vaxtlarını xatırladır"


İdman 19 Noy 2017 13:11:00 267 0

Qvardiola: "Jezuş Eto`onun "Barcelona"dakı vaxtlarını xatırladır"

"Manchester City"nin baş məşqçisi Xosep Qvardiola braziliyalı ulduz Qabriel Jezuş barədə danışıb. Goal.az xəbər verir ki,katalon mütəxəsis onun üzərində işləyəcəyi halda üst səviyyələrə çıxmaq imkanı olduğunu bildirib.

"Qabrieli hələlik yeni Ronaldo adlandırmaq olmaz. O, dünyanın ən yaxşı hücumçularından biri olmaq üçün bütün imkanlara sahibdir. Amma özünü inkişaf etdirməlidir. Onunla ilk telefon zəngimi xatırlayıram. Bir-birimizi nə dərəcədə başa düşdük, bilmirəm. Jezuş portuqalca, mən ispanca danışırdım. O, səni pis vəziyyətdə qoymaz. Rəqib qapısı önündə bir qatildir. Mənə Eto`onun "Barcelona"dakı vaxtlarını xatırladır. Ümid edirəm, növbəti illərdə "City"də qalar. Jezuş digər böyük klublardan təklif alsa da, bizi seçdi. Ona daha yaxşı olmaqda kömək etməyə çalışırıq.