Tebas: "Belə olan halda "Cam Nou" bağlanacaq"


İdman 19 Noy 2017 12:49:00 306 0

Tebas: "Belə olan halda "Cam Nou" bağlanacaq"

"Barcelona" azarkeşləri Kataloniyanın müsətqilliyi üçün şüarlar səsləndirə bilər, problem yoxdur. Amma İspaniyanı təhqir edən sloqanlar davam etsə, "Camp Nou" qeyri-müəyyən müddətə bağlana bilər". Goal.az xəbər verir ki, bu sözləri İspaniya La Liqasının prezidenti Xavyer Tebas deyib. İspaniyalı funksioner mövqeyini aşkar ortaya qoyub.

"Federasiya şüarlarda təhqiramiz çalarlar görsə, bununla bağlı araşdırma başlanar. "Barcelona" klubu təqsirli bilinsə, qaydalar açıqdır. Belə olan halda "Cam Nou" bağlanacaq".

Tebas İspaniyanın bütövlüyünə tərəfdar oluğunu bir neçə dəfə qeyd edib. O, vaxtilə Kataloniyanın müstəqil olacağı təqdirdə "Barcelona"nın La Liqadan kənarlaşdırılacağını da bildirmişdi.