Polis sevgilisinin atası və qonşularını öldürüb intihar etdi


Dünya 19 Noy 2017 12:23:58 260 0

Polis sevgilisinin atası və qonşularını öldürüb intihar etdi

Fransanın Sarsel şəhərində polis 3 nəfəri güllələyərək qətlə yetirib, 3 nəfəri isə yaralayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yaralananlar polisin sevgilisi, onun anası və bacısı olub, ölənlər isə sevgilisinin atası və qonşuluqda yaşayan 2 nəfər. Daha sonra polis əməkdaşı intihar edib.

Məlumata əsasən, hadisəyə səbəb polisin sevgilisinin bir müddət əvvəl ondan ayrıldığını bildirməsi olub.