"Galatasaray" və Turodun "böyük oyunlar sindromu"


İdman 19 Noy 2017 12:30:00 295 0

"Galatasaray" və Turodun "böyük oyunlar sindromu"

Türkiyə Superliqasının 12-ci turunda "İstanbul Başakşehir"in qonağı oln "Galatasaray" 5:1 hesadı ilə uduzub. Goal.az xəbər verir ki, "sarı qırmızılar" çempionluq mübarizəsi aparan rəqiblərə qarşı 14-cü matçını da qələbəsiz başa vurmalı olub. "Cim Bom" son vaxtlar "Trabzonspor", "Fenerbahçe", "Beşiktaş" və "Başakşehir"lə oyunlardan 10 məğlubiyyət, 4 heç-heçə ilə ayrılıb. Bu oyunlarda 8 qol vuran komanda 26 qol buraxıb. "Galatsaray" son dəfə 2016-ci il 21 fevralda "Trabzonspor"a 2:1 qalib gəlmişdi. İqor Tudorun baş məşqçi dönəmində qeyd olunan rəqiblərlə 7 oyuna çıxan "aslanlar" bunların 6-da uduzub.