Katalon siyasətçilərin həbsini istəyən baş prokuror Argentinada öldü


Dünya 19 Noy 2017 12:10:46 311 0

Katalon siyasətçilərin həbsini istəyən baş prokuror Argentinada öldü

İspaniyanın baş prokuroru Xose Manuel Maza Argentinada dünyasını dəyişib.

Qafqazinfo Euronews-a istinadən xəbər verir ki, beynəlxalq konfransda iştirak etmək üçün bu ölkəyə səfər edən Maza vəziyyəti anidən ağırlaşıb və xəstəxanaya yerləşdirilib.

Həkimlərin bütün cəhdinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Mazanın böyrək infeksiyasından dünyasını dəyişdiyi açıqlanıb.