Naxçıvanda tanklar hərəkətə gətirildi, helikopterlər havaya qaldırıldı FOTO


Digərləri 19 Noy 2017 12:01:00 298 0

Naxçıvanda tanklar hərəkətə gətirildi, helikopterlər havaya qaldırıldı  FOTO

Azərbaycan Respublikası Silahlı Qüvvələrində keçirilən komanda-qərargah hərb oyunları çərçivəsində Naxçıvan Qarnizonunun qoşunları fəaliyyətlərini davam etdirir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, komanda-qərargah hərb oyunlarının planına uyğun olaraq praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələr müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilməsi üçün cəmləşmə rayonlarına çıxarılıb.

Təyin edilmiş məntəqə və rayonlarda idarəetmə məntəqələri açılaraq qoşunların idarə edilməsi həyata keçirilib. İdarəetmənin bir məntəqədən digərinə ötürülməsi məşq etdirilib.


Xəbərə aid fotolar