"Kişi həmkarlarımızla eyni şərtlərə nail olmaq istəyirik"


İdman 19 Noy 2017 12:05:00 286 0

"Kişi həmkarlarımızla eyni şərtlərə nail olmaq istəyirik"

Son vaxtlar qadın futbolçuların qarşı cinsdən olan həmkarları ilə bərabər şərtlər tələbləri irəli sürürlər. Goal.az xəbər verir ki, bu tendensiyanı "Arsenal"ın qadın komandasının futbolçusu Vivianna Miedama da davam etdirib.

"Düzün desəm, 10 il öncə qadınların iştirakı ilə futbol oyunu heç kimin diqqətini cəlb etmirdi. Amma indi məsələ dəyişib. Vətənin Hollandiyada bir çox qız futbol oynayır və bu işə peşəkar yanaşmaq istəyir. Orda qızlar futbol formaları geyinirlər. Onların formalarına Robbenin adı yox, Lieke Mertens və ya Miedama adı həkk olunur. Qadın futbolu inkişafda, iqtisadi cəhətdən böyüməkdədir. Biz də kişi həmkarlarımızla eyni şərtlərə nail olmaq istəyirik və buna cəhd göstəriririk" - Miedama deyib.