İbrahimoviç: "Aslanlar qüvvəsini insanlar kimi bərpa etməz"


İdman 19 Noy 2017 11:42:00 293 0

İbrahimoviç: "Aslanlar qüvvəsini insanlar kimi bərpa etməz"

"Manchester United"in hücumçusu Zlatan İbrahimoviç zədə səbəbindən 7 aylıq fasilədən sonra "Newcastle United"lə oyunda (4:1) meydana çıxıb. İsveçli forvard 77-ci dəqiqədə Antoni Marsialı əvəzləyib. Goal.az xəbər verir ki, matçdan sonra isveçli ulduz bunları deyib:

"Yenidən meydana çıxmaq xüsusi bir hissdir. Zaman keçir, mən dəyişmirəm. Heç narahat deyildim, çox məşq etmişdim. Başla oynayıram, dizimə isə nəzarət etməliyəm. Yenidən qayıtmamaq ehtimalı məni qorxutmurdu. Aslanlar qüvvəsini insanlar kimi bərpa etməz".