Meşələri qıranı 51 nəfərə qarşı inzibati protokol tərtib olundu
Digərləri 19 Noy 2017 11:11:42 297 0
Oğuzda meşələri qıranlara və qanunsuz ağackəsmə ilə məşğul olanlara qarşı Rayon Polis Şöbəsi tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Son.az-a verilən məlumata görə, "Ətraf mühitin mühafizəsi", təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalarla bağlı 2017-ci ilin on ayı ərzində Oğuz RPŞ tərəfindən 51 inzibati protokol tərtib olunub.
Azərbaycan Respublikası İXM-nin 252-ci maddəsi ilə yəni, meşəqırma fondundan istifadənin oduncağın tədarük edilib daşınması qaydasının pozulmasına görə 6 fakt, meşəqırma bileti olmadan meşə fondunun kök üstə yaş ağacların və kolların kəsilməsi, məhv edilməsi və zədələnməsinə görə 6 fakt, meşə fonduna aid olmayan ağac və ya kol əkililərinin zədələnməsinə, kəsilməsinə və ya məhv edilməsinə görə 5 fakt və nəhayət Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsi ilə, yəni torpaqların, meşə fondu torpaqlarının münbit qatının korlanmasına görə 34 fakt qeydə alınıb və barələrində müvafiq tədbirlər görülüb.