Özil Premyer Liqada bu göstəricidə liderdir


İdman 19 Noy 2017 11:04:00 270 0

Özil Premyer Liqada bu göstəricidə liderdir

İngiltərə Premyer Liqasının 12-ci turunda "Tottenham"i qəbul edən "Arsenal" 2:0 hesabı ilə qalib gəlməklə azarkeşlərini sevindirib. Goal.az xəbər verir ki, derbidə bir qol ötürməsi verən "topçular"ın yarımmüdafiəçisi Mesut Özil İngiltərə çempionatında 44-cü assistini edib. 29 yaşlı havbek 2013/14 mövsümündən etibarən bu baxımdan liderdir. O, "Manchester City"nin oyunçusu David Silva (41) və "Tottenham"li Kristian Erikseni (40) qabaqlayıb.