Deputat: NATO-nun Türkiyəyə qarşı bu hərəkəti təəssüf doğurur


Digərləri 19 Noy 2017 10:30:00 255 0

Deputat: NATO-nun Türkiyəyə qarşı bu hərəkəti təəssüf doğurur

NATO-nun Norveçdə keçirilən təlimlərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Türkiyə Cümhuriyyətinin hazırkı pezidenti Rəcəb Tayyib Ərdoğanın fotolarının düşmən hədəfi kimi gösrərilməsi əlbəttə təəssüfedici bir haldır.

Bakı. Elçin Mehdiyev – NATO-nun Norveçdə keçirilən təlimlərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Türkiyə Cümhuriyyətinin hazırkı pezidenti Rəcəb Tayyib Ərdoğanın fotolarının hədəf kimi gösrərilməsi təəssüfedici haldır. Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib. B.Sadıqov bildirib ki, bu xoşagəlməz hadisədir və islamafobiyanın, ikili standartların təzahürüdür: “NATO-nun bu cür hərəkəti diplomatiyada, dövlətlərarası münasibətlərdə yolverilməz addımdır”. NATO-nun bu məsələyə görə Türkiyədən üzr istəməsinə gəlincə isə B.Sadıqov vurğulayıb ki, NATO rəhbərliyi baş vermiş hadisədən düzgün nəticə çıxarıb: “Türkiyə heç vaxt digər dövlətlərin rəhbərlərinə, tarixi şəxsiyyətlərinə belə münasibət bəsləməyib. Qoy başqaları da bunu öyrənsin”. Qeyd edək ki, Norveçdə NATO-nun hərbi təlimləri zamanı "düşmənlər"in fotolarının olduğu stend quraşdırılıb və həmin hədəf stendində Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəkilləri əks olunub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin