Qaxda meşələr yanır


Digərləri 19 Noy 2017 10:20:00 262 0

Qaxda meşələr yanır

Qax rayonunun dağlıq zonada yerləşən meşəlik ərazisində yanğın baş verib.

Son.az-ın report-a istinadən məlumatına görə, yanğın ötən gün axşam saatlarından etibarən rayonun İlisu kəndi yaxınlığında, Qax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisində qeydə alınıb.

Havanın qaranlıq, ərazinin isə dağlıq olması ilə əlaqədar yanğının söndürülməsi işləri səhərə qədər təxirə salınıb. Hazırda yanğın davam edir. Qax Yanğından Mühafizə Hissəsi və müşahidə qrupu yanğının söndürülməsi üçün səhər saatlarında dağlıq əraziyə yollanacaq.