Türkiyədə ABŞ prokurorlarına qarşı cinayət işi başlandı


Dünya 19 Noy 2017 09:45:00 316 0

Türkiyədə ABŞ prokurorlarına qarşı cinayət işi başlandı

Türkiyədə ABŞ prokurorları Prit Bxarar və Cun X.Kimə qarşı cinayət işi başlanıb. 

Son.az-ın APA-ya istinadən Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, cinayət işinə İstanbul prokurorluğu tərəfindən ABŞ-da bir neçə Türkiyə vətəndaşı barəsində məhkəmə icraatının gedişatı ilə əlaqədar başlanılıb. Prokurorluğun məlumatında qeyd olunur ki, istintaq zamanı əsassız məlumatlar və ya oğurlanmış sənədlər sübut və dəlil kimi istifadə edilib.

"ABŞ prokurorlarının hərəkətləri beynəlxalq hüquq normalarına və Türkiyənin qanunvericiliyinə  ziddir", - deyə Prokurorluğun məlumatında qeyd olunur.

Qeyd edək ki, martda ABŞ-a səfər etmiş  Türkiyənin "Halkbank" bankının baş direktorunun müavini Mehmet Hakan Atilla amerikalı polislər tərəfindən həbs edilib.