Enerji layihələrinin müzakirəsi üzrə Aİ-Türkiyə görüşü təxirə salınıb


Digərləri 19 Noy 2017 08:26:44 251 0

Enerji layihələrinin müzakirəsi üzrə Aİ-Türkiyə görüşü təxirə salınıb

Enerji layihələrinin müzakirəsi üzrə noyabrın 20-də Brüsseldə keçirilməsi nəzərdə tutulan Aİ-Türkiyə görüşü təxirə salınıb.

Bakı. Enerji layihələrinin müzakirəsi üzrə noyabrın 20-də Brüsseldə keçirilməsi nəzərdə tutulan Aİ-Türkiyə görüşü təxirə salınıb. Bu barədə Trend "Haber 7"yə istinadən xəbər verir. Türkiyə nümayəndə heyətinə ölkənin energetika və təbii sərvətlər naziri Berat Albayrakın başçılıq edəcəyi nəzərdə tutulmuşdu. Qeyd olunur ki, Avropa İttifaqı və Türkiyə arasında əlaqələrin canlanması baxımından vacib olan görüş "müəyyən çətinliklər səbəbindən" təxirə salınıb. Görüşün yeni tarixi barədə məlumat verilməyib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin