"Azərkosmos" dördüncü peykin buraxılmasından Azərbaycanın əldə edə biləcəyi iqtisadi səmərələri öyrənir


Digərləri 19 Noy 2017 08:00:00 282 0

"Azərkosmos" dördüncü peykin buraxılmasından Azərbaycanın əldə edə biləcəyi iqtisadi səmərələri öyrənir

"Azərkosmos" ASC orbitə dördüncü peykin buraxılması layihəsindən Azərbaycanın əldə edə biləcəyi iqtisadi səmərələri öyrənir.

Bakı. Hüseyn Vəliyev - "Azərkosmos" ASC orbitə dördüncü peykin buraxılması layihəsindən Azərbaycanın əldə edə biləcəyi iqtisadi səmərələri öyrənir. Bu barədə Trend-ə ASC-dən məlumat verilib. Məlumatda qeyd olunub ki, bunu sayca 3-cü peykin "Azerspace-2/Intelsat-38" peykinin buraxılışından sonra bilmək olacaq. Peykin tikintisi üzrə işlər 2018-ci ilin yanvarında başa çatacaq, buraxılış isə gələn ilin birinci rübünə planlaşdırılıb. Peykin istehsalçısı Kanadanın MDA şirkətinin törəməsi "Space Systems Loral" şirkətidir. "Azerspace-2/Intelsat-38" peyki rəqəmsal teleradioyayım xidmətlərinin göstərilməsi, məlumat ötürülməsi və digər xidmətlər üçün nəzərdə tutulub. Peykin orbitdə istismar müddəti 15 il olacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin