Fəal həyat tərzi uşaqlarda iştahanı artırır


Digərləri 19 Noy 2017 04:30:00 324 0

Fəal həyat tərzi uşaqlarda iştahanı artırır

Son zamanlar əksər anaların əsas şikayəti xüsusilə körpə və kiçik yaşlı uşaqların iştahasız olması və ya qeyri-düzgün qidalanmasıdır.

Müasir dövrdə uşağın ananın hesab etdiyi kimi yaxşı qidalanmaması bütün ailənin gərginliyinə, ailədaxili stress və valideynlər arasında konfliktlərə səbəb olur.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının pediatrı Ülviyyə Hacıyeva universitetin mətbuat xidmətinə müsahibəsində bildirib.

Həkim deyib: "Bu problemi ailə pediatrın köməyi ilə həll etsə, daha yaxşı olar. Belə ki, bəzi analar övladının az və ya düzgün qidalanmamasından narahat olub, övladını məcbur yəni, "başını qataraq", bir qismi hətta cəzalandıraraq, uydurulmuş "qəhrəmanlarla" qorxudaraq yedizdirir. Bu isə problemi daha da dərinləşdirir. Belə ki, bu, uşaqda qidaya qarşı ikrah hissi yaradır və gələcəkdə nevrogen anoreksiyanın inkişafına səbəb olur. Pediatrlar isə ananın dediyi şikayətin- uşağın kəmiyyət və keyfiyyətcə düzgün qidalanmamasının həqiqətə uyğun olub-olmamasını aydınlaşdırmalı və problem olduğu təqdirdə onun səbəbini araşdırmalıdırlar. İlk növbədə uşağın fiziki inkişafının qiymətləndirilməlidir.

Uşağın iştahasızlığı fonunda-fiziki inkişafında yaşına uyğun göstəricilərdən geri qalıb-qalmaması müəyyən müayinələrlə ortaya çıxır. Fiziki inkişafı, əhval-ruhiyyəsi normal olan və başqa şikayətləri olmayan uşaqların ananın özünün istədiyi qədər təqdim etdiyi və xeyirli hesab etdiyi və uşağın sevmədiyi qidanı qəbul etməməsi problem hesab edilmir. Hər bir sağlam uşaq həyatının müəyyən dövründə az yeyir.