Yunanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 19-a çatdı


Digərləri 19 Noy 2017 03:07:00 281 0

Yunanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 19-a çatdı

Yunanıstanın Attıka regionunda daşqınlar nəticəsində ölənlərin sayı 19-a çatıb.

Bakı. Yunanıstanın Attıka regionunda daşqınlar nəticəsində ölənlərin sayı 19-a çatıb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir. Daha öncə 16 nəfərin öldüyü bildirilirdi. Daha 6 nəfər itkin düşdüyü bildirilir. Ölənlərin şəxsiyyətləri müəyyənləşdirilməyib. Yağışlar nəticəsində ölkənin 5 şəhərini su basıb. Həftənin əvvəlində başlayan güclü yağıntının bazar gününə qədər davam edəcəyi proqnozlaşdırılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin