Ağ Evdə çəkdiyi video ilə məşhurlaşdı 7 milyonluq ev aldı FOTO


Digərləri 19 Noy 2017 02:30:00 365 0

Ağ Evdə çəkdiyi video ilə məşhurlaşdı  7 milyonluq ev aldı  FOTO

2013-cü ildə "vine" tipli videoları ilə məşhurluğa qovuşan 20 yaşlı Cek Paul 7 milyon dollara ev alıb.

Son.az xəbər verir ki, "Yutub" fenomeni Los Ancelesdə yerləşən evində səs-küylü həyat tərzi sürdüyü üçün qonşuları onu şikayət edib. Haqqında məhkəmə işi açılan və daim təhdidlərlə üzləşən fenomen Kaliforniyanın ən zəngin bölgələrindən olan Kalabasasa köçüb. Cek Paulun yeni 1400 kub-metrlik evində idman və film salonu, iş otağı və ona özəl hazırlanan 1 hamam otağı var. Evin qaraj bölümündə isə eyni zamanda 4 avtomobil və 12 motosiklet saxlamaq mümkündür. Qeyd edək ki, "Vine" proqramında 5,3 milyon izləyici və 2 milyard baxış sayı toplayan Cek Paul məşhurlaşdıqdan sonra "Disney" şirkətinin "Bizaardvark" filmində çəkilməyə başlayıb. 2017-ci ildə Ağ Evə dəvət edilən fenomen oranın hamam otağında çəkdiyi video ilə gündəmə oturmuşdu. Cek Paul yaxın zamanda sosial media fenomenlərinə marketinq idarəçiliyi xidməti verən, 1 milyon dollar dəyərində yeni bir şirkət qurub. (publika.az)


Xəbərə aid fotolar