Qaxın dağlıq ərazilərində meşə yanğınları başlayıb


Sosial 19 Noy 2017 01:26:51 349 0

Qaxın dağlıq ərazilərində meşə yanğınları başlayıb

Gecə olduğundan yanğınsöndürmə işləri səhərə qədər təxirə salınıb

Qax rayonunun dağlıq zonada yerləşən meşəlik ərazisində yanğın baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yanğın ötən gün axşam saatlarından etibarən rayonun İlisu kəndi yaxınlığında, Qax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisində qeydə alınıb.

Havanın qaranlıq, ərazinin isə dağlıq olması ilə əlaqədar yanğının söndürülməsi işləri səhərə qədər təxirə salınıb. Hazırda yanğın davam edir. Qax Yanğından Mühafizə Hissəsi və müşahidə qrupu yanğının söndürülməsi üçün səhər saatlarında dağlıq əraziyə yollanacaq.

Ərazidə otlaq sahəsinin, kol-kosun və yaxud ağacların yanması ilə bağlı dəqiq məlumat yoxdur.