Zimbabve prezidenti ölkədən qaçdı YENİLƏNİB


Dünya 19 Noy 2017 00:02:00 311 0

Zimbabve prezidenti ölkədən qaçdı  YENİLƏNİB

00:02

RİA "Novosti" yerli ZBC telekanalına istinadən xəbər yayımlayıb ki, sabah Zimbabve prezidenti Robert Muqabe ölkənin silahlı qüvvələrinin komandanlığı ilə görüş keçirəcək.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bundan əvvəl verilən xəbərdə Muqabenin ölkəni tərk etdiyi bildirilirdi. Digər bir mənbəyə görə, hərbçilər istefa verməkdən boyun qaçıran prezidenti ev dustaqlığında saxlayırlar.

18.11.2017

21:49

Zimbabve prezidenti Robert Muqabe onu istefaya səsləyən nümayişlərin keçirildiyi və hakimiyyətin ordunun əlinə keçdiyi bir vaxtda ölkədən qaçıb. Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Daily Mail" nəşri Muqabeyə yaxın mənbəyə istinadən yazıb.