Zina və oğurluq edən cənnətə girə bilərmi?


Digərləri 18 Noy 2017 23:55:00 391 0

Zina və oğurluq edən cənnətə girə bilərmi?

Əbu Zərr (Allah ondan razı olsun) demişdir: "(Bir dəfə) mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) ya­nı­na gəldim. (Həmin vaxt) o, üstünə ağ örtük sərib yatmışdı. Ar­tıq o, oyan­mışdı. Mən onun yanında oturdum və o, mənə belə buyur­du: "Lə iləhə illəllah" deyən və (qəlbən) bunu təsdiqləyərək ölən hər bir bən­də mütləq Cənnətə girəcək­dir". Mən soruşdum: "Zina etsə, oğurluq etsə belə?" Dedi: "Zina etsə, oğurluq et­sə belə". Mən yenə soruşdum: "Zina etsə, oğur­luq etsə belə?" Dedi: "Zina etsə, oğurluq etsə belə". Dedi: "Zina etsə, oğurluq etsə belə. Əbu Zərin xo­şuna gəlməsə belə". Əbu Zərr y bu hədisi danışarkən deyərdi: "Əbu Zərin xoşuna gəlməsə belə". (Muslim, 273; əl-Buxari, 5827, 6268, 6444). Son.az zikr.az-a istinadən bildirir ki, "Lə iləhə illəllah" (tövhidi) qəbul edərək ölən kimsə hökmən Cənnətə daxil olacaq. Əgər bu adam uşaq, ya­xud dəli, yaxud şirkdən və başqa günahlardan tövbə etmiş birisi kimi günahsızdırsa və tövbə et­dikdən sonra günah etməyibsə, Cəhənnəmdən uzaq olub Cən­nətə girəcək. Kim də böyük günah edər və tövbə etmədən dünyadan köçərsə, Uca Allahın is­tə­yi altında olar. İstəsə, onu ba­ğışlayar və Cənnətə daxil edər. İstəsə də, ona Cəhənnəmdə istədiyi qədər əzab verər, sonra da onu Cənnə­tə daxil edər. Allah tövhid üzərində ölən heç bir kəsi - həmin adam nə qədər günah etsə belə əbədi ola­raq Cəhən­nəmdə saxlamaz. Necə ki, kafir olaraq ölən kimsəni həmin adam nə qədər yaxşılıqlar etsə belə Cənnətə daxil etməz. Uca Allah buyurur: "Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur". (ən-Nisa, 48).