Bakıda insanları ölümə aparan çörəklər satılır FOTO


Digərləri 18 Noy 2017 23:41:00 337 0

Bakıda insanları ölümə aparan çörəklər satılır  FOTO

Son vaxtlar Bakıda satılan çörəklərin içərisindən yad cisimlərin çıxması kimi faktlara çox rast gəlinir.

Son.az ölkə.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə və Kütləvi İnformasiya Vasitələrində bununla bağlı çoxsaylı məlumatlar və görüntülər yayılır. Kimi çörəyin içindən tük, kimi çöp, kimi də taxta və s. tapır. Hətta çörəyin içindən mismar və digər insan orqanizmi üçün çox təhlükəli, ölümə səbəb ola biləcək cisimlər də çıxır.

Bu gün də Bakı sakinlərindən biri aldığı çörəyi kəsərkən içərisindən kəndir ip çıxıb. Bu barədə Mehparə Məmmədova adlı paytaxt sakini "Facebook" səhifəsində yazıb. İstifadəçi həmin çörəyin fotosunu da paylaşıb.

"Dünən axşam bacımgilə gedəndə yol üstü, heç vaxt girmədiyim bir marketə girdim, çörəyi də oradan aldım. Səhər yeməyində doğrayanda içindən kəndir çıxdı. Çörəyin içindən çıxan kəndir və başqa qırıntılarla birlikdə aparıb market sahibinə göstərdim. Dedi ki, artlq neçənci dəfədir ki, camaat üstümə gəlir. Daha ordan çörək götürməyəcəm. Çörək "Binəqədi Yanar dağ" cörək sexindən gətirilib", - deyə Mehparə Məmmədova bildirib.

Həmin statusun altından da çoxsaylı şərhlərdə hamı çörəyin içərisindən müxtəlif cisimlərin çıxdığını yazıb. Mehparə Məmmədova isə əlavə edib ki, adıçəkilən sexin nə ünvanını, nə də əlaqə nömrəsini öyrənə bilib. Market sahibi də çörəyi kimdən aldıqlarını deməyib.


Xəbərə aid foto