Toyota hidrogenli konsept təqdim etdi FOTO


Digərləri 18 Noy 2017 23:05:00 302 0

Toyota hidrogenli konsept təqdim etdi  FOTO

Tokio-2017 Beynəlxalq avtosalonun başlanmasına bir neçə gün qalmış Yaponiyanın  Toyota Motor şirkləti rəsmi olaraq növbəti yeniliyin - futuristik hidrogenli Toyota Fine-Comfort Ride Concept-in sirrini açdı.

Son.az auto.az-a istinadən bildirir ki, Toyota Fine-Comfort Ride Concept kifayət qədər qeyri-adi eksteryer dizaynına malik olsa da, yapon şirkəti praktikliyi də unutmayıb. Məsələn, prototip sürüşmə arxa qapılar alıb.

Altı yerli konsept Toyota Fine-Comfort Ride-ın banının qabarit uzunluğu 4830 mm, eni 1950 mm, hündürlüyü isə 1650 mm-dir. Oxlar arasında məsafə 3450 mm-dir.

Şirkətdən bildiriblər ki, konseptin birinci və ikincı sıra oturacaqlar sırası bir-birinə tərəf fırlana bilər. Hətta sürücü oturacağı da bu funksiya ilə təchiz edilib. Bu da avtonom idarəçilik sisteminin mövcudluğuna işarə edir.

Konsept Toyota Fine-Comfort Ride-ın qabaq panelində böyük sensorlu monitor yerləşdirilib. Daha bir sensorlu ekran isə sükana birləşdirilib. Bundan əlavə, avtomobilin pəncərələri də displey rolunu oynaya bilərlər.


Xəbərə aid fotolar