Ölənin qohumlarına "Allah rəhmət eləsin" demək olarmı?


Digərləri 18 Noy 2017 22:50:00 302 0

Ölənin qohumlarına "Allah rəhmət eləsin" demək olarmı?

Ölən hər bir müsəlman üçün "Allah rəhmət eləsin" şəklində dua etmək və övladlarına başsağlığı vermək olar. Bu, duadır və belə deməkdə heç bir qadağa yoxdur. Hətta başına müsibət gələn müsəlmana təsəlli vermək savabdır.

Son.az zikr.az-a istinadən bildirir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) belə demişdir: "Kim müsibətə düçar olmuş mömin qardaşına təsəlli verərsə, Qiyamət günü Allah onu fərəhləndirəcək yaşıl paltar geyindirər". Soruşdular: "Ey Allahın Rəsulu, onu nə fərəhləndirəcək?" O buyurdu: "Qiyamət günü ona qibtə ediləcək". (Xatib əl-Bağdadi "Tarixu Bağdad", 7/397).