Sabirabadda iki avtomobil toqquşub, 1 nəfər yaralanıb


Sosial 18 Noy 2017 21:51:55 262 0

Sabirabadda iki avtomobil toqquşub, 1 nəfər yaralanıb

Hadisə Hacıqabul-Bəhrəmtəpə magistral yolunda qeydə alınıb

Sabirabadda 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Hacıqabul-Bəhrəmtəpə magistral yolunun rayonun Qaragüney kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarəti alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.