Yaşlanan hüceyrələr yenidən cavanlaşdı


Digərləri 18 Noy 2017 21:15:00 258 0

Yaşlanan hüceyrələr yenidən cavanlaşdı

Ekseter Universitetinin molekulyar genetika professoru Lorna Harriesin rəhbərlik etdiyi bir qrup alim, yaşlanan hüceyrələri yenidən cavanlaşdıra biləcək bir yol kəşf etdi. Yaşlı hüceyrələrə tətbiq olunacaq bir neçə saatlıq bir müalicə ilə, hüceyrələr yenidən bölünməyə başlayaraq telomerlerində də uzanma reallaşır. Dunhill Medical Trust fondunun dəstəyilə aparılan araşdırmada, yaşlandıqca aqressiv bir birləşmə (splicing) faktorlarına bağlı gen sinifinin bağlandığını göstərdi.

Son.az deyerler.org-a istinadən bildirir ki, Ekseter Universitetinin araşdırma qrupu, prof. Riçard Farağer və dr. Elizabet Ostler ilə birlikdə işləyərək, birləşmə faktorlarının kimyəvi maddələr ilə yenidən açıla biləcəyini göstərdi. Beləcə, yaşlanan hüceyrələr daha gənc görünməklə kifayətlənməyib, eyni zamanda gənc hüceyrələr kimi davranaraq bölünməyə başlayıb.   Araşdırmaçıların tətbiq etdiyi kimyəvi maddələrə resveraloq analoqları (resveralog) adı verilir. Bu kimyəvi maddələr acı şokolad, qırmızı üzüm və böyürtkən kimi qidalarda təbii halda mövcuddur. Bu kimyəvi maddələr birləşmə faktorlarının yenidən açılmasına köməkçi olur. Bir neçə saat ərzində hüceyrələr yenidən gənc hüceyrələr kimi davranmağa başlayır və bölünməyə başlayır. Araşdırma BMC Cell Biologyda nəşr olundu. Bu ixtira sayəsində yaşlanmanın pozucu təsirləri olmadan yaşlanmaq mümkün ola biləcək. Bir çox insan 85 yaşına çatanda xroniki xəstəliklərlə, ürək və xərçəng təhdidilə üzləşir. Professor Harries deyir: "Bu insanların bütün həyatları boyunca sağlam qalmalarını təmin etmək üçün ilk addımdır. Əldə etdiyimiz məlumatlara görə, bu kimyəvi maddələri istifadə edərək yaşla birlikdə bağlanan böyük bir gen sinifini yenidən aça biləcəyik. Yəni yaşlı hüceyrələrin funksiyalarını bərpa edə biləcəyik."