Azərbaycanda tikinti materialları bazarı canlanır


Digərləri 18 Noy 2017 21:02:00 339 0

Azərbaycanda tikinti materialları bazarı canlanır

2017-ci ilin yanvar-oktyabr ayları ərzində tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 28,8% artaraq 460,6 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sementin istehsalı 24,2%, betondan yığma tikinti konstruksiyaların istehsalı 1,8 dəfə, şüşə lifindən ipliyin istehsalı 2,7 dəfə, tikinti kərpici 47,9%, hörmə üçün hazır beton qarışığının istehsalı 53,7% artıb.

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-oktyabr aylarında 622,6 mln. manatlıq məhsul istehsal olunub, metallurgiya sənayesində 13,1%-lik, hazır metal məmulatlarının istehsalı sahəsində isə 16%-lik azalma müşahidə olunub. On ay ərzində sahə üzrə 327,5 min ton (9,7% çox) polad tökmə, 556,5 ton (79,4% çox) alüminium çubuqlar, millər və profillər istehsal edilib. Çuqun tökmənin, alüminium ərintilərinin istehsalı və metalların üst təbəqəsinin emalı üzrə xidmətlərin həcmi azalıb.