Polestardan 600güclü hibrid FOTO


Digərləri 18 Noy 2017 21:05:00 264 0

Polestardan 600güclü hibrid  FOTO

Əvvəllər İsveçin Volvo şirkətinin tüninq-atelyesi olmuş yeni avtomobil brendi Polestar rəsmi surətdə ilk modelinin - 600-güclü hibrid kupe Polestar 1-in (Polestar One) sirrini açıb.

Son.az auto.az-a istinadən bildirir ki, hazırda istehsalçı modelin texniki göstəriciləri barədə informasiya yaymayıb. Məlumdur ki, kupe Polestar 1-in Electric Performance Hybrid adlı hibrid güc qurğusunun ümumi gücü 600 a.g.-dür. Fırlanma anı 1000 Nm-dir.

Şirkətdən, həmçinin bildiriblər ki, kupe Polestar 1 (Polestar One) təkcə elektrik gücü ilə 150 km məsafə qət edə bilir. Avtomobilin dinamik xarakteristikası barədə heç bir məlumat verilmir. Qeyri-rəsmi məlumata əsasən, avtomobil 2,0-litrlik mühərriklə və 2 ədəd elektrik mühərriki ilə təchiz edilib.

Güman edildiyi kimi, yeni hibrid kupe Polestar 1-in təməlində Volvo şirkətinin Scalable Platform Architecture (SPA) platforması dayanıb. Yenilik Öhlins şirkətinin istehsalı olan fəal asılqan CESi ilə təchiz edilib. Bu asılqanın əsas cəhəti ondan ibarətdir ki, onun hər bir dayağı sərtliyin mərhələsini sürmə üslubundan və yol şəraitindən asılı olaraq dəyişir.


Xəbərə aid fotolar