İlin əvvəlində 800 dollar idi indi 8 min dollar


Digərləri 18 Noy 2017 20:56:00 305 0

İlin əvvəlində 800 dollar idi indi 8 min dollar

Virtual kriptovalyuta "Bitcoin"in (BTC) qiyməti bu gün Asiya bazarlarında keçirilən hərraclarda 8 000 ABŞ dolları səviyyəsini ötərək tarixi rekordunu yeniləyib.

Son.az "Report"a istinadən bildirir ki, bununla da bitkoinin dəyəri ilin əvvəlindən 8 dəfə artım göstərib.

BTC barədə müxtəlif fikirlərin səsləndirilməsinə baxmayaraq, onun qiyməti artmağa davam edir. Qeyd edək ki, BTC noyabrın 1-də 7 000 dollar səviyyəsini ötmüşdü.

"Standpoint Research" investisiya şirkətinin qurucusu Ronni Moas (Ronnie Moas) "CNBC" telekanalına müsahibəsində bitkoinin yaxın 10 ildə 50 min dolları ötəcəyini bildirib.