ABŞ qadağan edilmiş raketlərin istehsalına başlayır


Dünya 18 Noy 2017 20:35:00 271 0

ABŞ qadağan edilmiş raketlərin istehsalına başlayır

"The Telegraph" yazır ki, Birləşmiş Ştatlar Soyuq müharibə illərində qadağan edilmiş qitələrarası raketlərin inkişaf etdirilməsi məsələsini öyrənir. Buna səbəb Rusiyanın da bu tipli raketlərə malik olması barədə məlumatlardır.

ABŞ rəsmiləri Wall Street Journal qəzetinə deyiblər ki, Birləşmiş Ştatların qitələrarası ballistik raketləri yenidən inkişaf ertdirməsinin əsas məqsədi Rusiyanı kütləvi qırğın silahlarının yayılmamasına dair müqavilənin şərtləri çərçivəsinə qaytarmaqdır.

ABŞ inanır ki, Rusiya artıq qitələrarası raketlərə malikdir və bu raketlərlə həm Amerika, həm də onun NATO müttəfiqlərinə təhlükə yaradır.

"The Telegraph" qəzetinin məqaləsində deyilir ki, ABŞ öz raketlərini yaratmaqla Rusiyanı "yerində oturtmağa" ümid edir.

Ortamənzilli Nüvə Raketləri barədə müqavilə 1987-ci ildə prezidentlər Ronald Reagan və Mixail Qorbaçov arasında imzalanmışdı. Bu, Soyuq müharibənin başa çatdırılmasında mühüm addım idi.

Sözü gedən müqavilə yerdə bazalanmış və 500 kilometrdən 5500 kilometrədək məsafədə hədəfləri vuran bütün ortamənzilli ballistik və qitələrarası raketləri ləğv edirdi.

Bu da qeyd olunur ki, hərbi gəmilərdə və sualtı qayıqlarda mənzillənmiş raketlər bu müqaviləyə daxil edilməmişdi.

The New York Times qəzeti ötən ay xəbər verirdi ki, Rusiya qadağan olunmuş raketlərdən ibarət iki batalyon təşkil edib. Bu da bildirilirdi ki, bu batalyonlara 4 raket qurğusu və altı raket daxildir. Raketlərdən birinin Volqoqrad yaxınlığında olduğu xəbər verilmişdi.

Moskva bu məlumatları "saxta xəbər" adlandırmışdı.