Qusarda dələduzluqla məşğul olan şəxs tutulub


Digərləri 18 Noy 2017 20:17:00 261 0

Qusarda dələduzluqla məşğul olan şəxs tutulub

Qusar RPŞ-nin əməkdaşlarının "isti izlər"lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fərqli vaxtlarda rayon ərazisində ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara maddi ziyan vuran şəxsi tutublar.

Son.az Trend-ə istinadən bildirir ki, DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar rayon Cibir kənd sakini Məhəmməd Qurbanov şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-nə gətirilib. Ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində məlum olmuşdur ki, o, 7 avqust 2017-ci il tarixində Qusar rayon Gedəzeyxur kənd sakininə məxsuz 4500 kq buğdanı 1800 manata razılaşaraq almış lakin sonra kənd sakininə pulu ödəməyərək dələduzluq etmişdir.

Avqustun 8-də isə rayonun İmamaqulukənd kəndində yenə həmin usulla kənd sakini aldadaraq, 2840 kq buğdanı 852 manata alaraq pulu ödəməkdən boyun qaçırıb. Sonda isə 17.09.2017-ci il tarixində rayonun Düztahir kənd sakinin etibarından istifadə edərək ona məxsus 1000 manat dəyərində olan bir baş inəyi alaraq pulunu mənimsəyib. Ümumən kənd sakinlərinə 3652 Azn maddi ziyan vurub.

Faktla bağlı Qusar RPŞ-də cinayət işi acılıb, araşdırmalar aparılır.