Jaguar XE Ardendən tüninq alıb FOTO


Digərləri 18 Noy 2017 20:05:00 280 0

Jaguar XE Ardendən tüninq alıb  FOTO

Məşhur alman atelyesi Arden sedan Jaguar XE üçün yeni kompleks təkmilləşdirmə proqramı hazırlayıb. Britaniyanın 4-qapılı modeli gözəl xarici görünüş, gücləndirilmiş mühərrik və məxsusi indeks Aj 24 alıb.

Son.az auto.az-a istinadən bildirir ki, təkmilləşdirmə paketinə nadir ban rəngi daxildir. Arden tərəfindən modernləşdirilmiş Jaguar XE parlaq-sarı aksentlər, altında sarı supportlar görünən təkər diskləri dəsti alıb.

Vizual dəyişikliklərlə yanaşı, Britaniya sedanı, həmçinin 30 mm aşağı salınmış asılqan alıb. Şirkətdən bildiriblər ki, bu, avtomobilin yürüş trekində hərəkətinə müsbət təsir göstərməlidir.

Təqdim edilmiş sedan Jaguar XE by Arden 3,0-litrlik, 6-silindrli kompressorlu mühərrik alıb ki, o, baza variantında 375 a.g.-ə malikdir. Təkmilləşdirmədən sonra mühərrik 422 a.g.-ə qədər gücləndirilib.


Xəbərə aid fotolar