Rusiya bombardmançı təyyarələri Suriyada İŞİD-in mövqelərinə zərbə endirib - VİDEO


Dünya 18 Noy 2017 19:59:06 263 0

Rusiya bombardmançı təyyarələri Suriyada İŞİD-in mövqelərinə zərbə endirib - VİDEO

Terrorçuların xeyli canlı qüvvəsi, texnika və döyüş sursatı məhv edilib

Rusiya Hava-Kosmik Qüvvələrinin "Tu-22M3" tipli 6 bombardmançı təyyarəsi Suriyanın Əbu-Kamal şəhərində İŞİD terror təşkilatının mövqelərinə zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nəticədə terrorçuların xeyli canlı qüvvəsi, texnika və döyüş sursatı məhv edilib.