"Eurovision 2018"ə biletlərin satış tarixi açıqlandı


Digərləri 18 Noy 2017 18:30:00 245 0

"Eurovision 2018"ə biletlərin satış tarixi açıqlandı

Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək "Eurovision - 2018" mahnı müsabiqəsində iştirak edən ölkələrin sayı 43-ə çatıb.

Son.az AzərTac-a istinadən xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında məlumat dərc olunub.

Avropa Yayım Birliyi ötən həftə mahnı müsabiqəsinə 42 ölkənin iştirakını açıqlasa da, Makedoniyanın hesabına siyahıda artım baş verib.

Beynəlxalq müsabiqədə, həmçinin Azərbaycan, Albaniya, Avstriya, Avstraliya, Belarus, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Ermənistan, Finlandiya, Fransa, Almaniya, Gürcüstan, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova, Monteneqro, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San-Marino, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna və Böyük Britaniya iştirakını təsdiq edib.