Qaxın mərkəzində mağaza yanmağa başlayıb - FOTO - VİDEO


Sosial 18 Noy 2017 17:56:49 308 0

Qaxın mərkəzində mağaza yanmağa başlayıb - FOTO - VİDEO

Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb edilib

Qax şəhərinin mərkəzində mağaza yanmağa başlayıb.

"Report"un məlumatına görə, hadisə şəhərin Ü.Hacıbəyov küçəsində qeydə alınıb. 

Belə ki, həmin ünvanda yeləşən qarışıq mallar mağazasında hələlik bilinməyən səbəbdən yanğın başlayıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. FHN əməkdaşları yanğının söndürülməsinə və digər ərazilərə keçməsinin qarşısını almağa çalışır.